İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli baş məşqçisini aldadıb - SƏBƏB

1570 26.03.2022 20:30 İdman A A

"Dinamo"nun ( Zaqreb ) baş məşqçisi Jelko Kopiç Mahir Emrelinin haqda danışıb.

Musavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, o, yerli mətbuata 25 yaşlı hücumçu haqda bunları deyib: "Emreli bizə tam hazırlıqsız gəldi. O, koronavirusun ağır formasını keçirdi. Meydana çıxmamağənən səbəbi bu idi. "Hayduk"la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, onu əsas heyətdə oynatdım, lakin ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik".

Təcrübəli mütəxəssis Emrelinin ondan zədəsini gizlətmək istədiyini bildirib: "Mahirdən zədəli olduğunu niyə demədiyini soruşdum. O, komandaya gücləndirici kimi gəldiyini və ondan çox şey gözlənildiyini dedi. Derbi oyunu olduğu üçün stadion dolu idi və Emreli buna görə kömək etmək istədiyini söylədi".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR