İnsanlara hürriyət, millətlərə istiqlal!

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

957 03.08.2022 20:02 Təhsil A A

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb.

Qərarda qeyd edilir ki, mədəniyyət və vergi hüququ sahəsində qüvvədə olan normativ hüquqi aktların düzgün tətbiqinin təmin olunması və onların tətbiqi zamanı aşkar edilən boşluqların aradan qaldırılması, dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə sahə üzrə ixtisaslı hüquqşünasların hazırlanmasına tələbat yaranıb.

Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasının mövcud ixtisaslaşmaları siyahısına “Mədəniyyət hüququ” və “Vergi hüququ” ixtisaslaşması əlavə edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR