İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro həyat yoldaşı ilə birlikdə qaçmağa çalışarkən nələr baş verib? – CNN detalları açıqladı

1213 07.01.2026 13:01 Dünya A A

Venesuelada keçirilən xüsusi əməliyyat zamanı prezident Nikolás Maduro və həyat yoldaşı Siliya Flores təhlükəsizlik qüvvələrindən qaçmağa çalışarkən ciddi çətinliklə üzləşib.

Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, cütlük iqamətgah daxilində ağır polad qapının arxasında gizlənmək istəyib, lakin qapı keçidi alçaq olduğundan hər ikisi başını bərk şəkildə vurub.

Məlumata əsasən, Maduro və Flores sürətlə hərəkət edərkən qapının ölçüsünü düzgün hesablaya bilməyib. Hadisə əməliyyatın ən gərgin anlarında baş verib və təhlükəsizlik planında ciddi xaosun yaşandığını göstərib.

CNN yazır ki, Venesuelada aparılan əməliyyat zamanı ümumilikdə təxminən 75 nəfər həlak olub. Ölənlər arasında diktatorun mühafizəsində iştirak edən kubaəsilli təhlükəsizlikçilərin də olduğu bildirilir. Eyni zamanda, bir neçə ABŞ hərbçisi güllə yarası alıb.

ABŞ prezidenti Donald Tramp əməliyyatı şərh edərək onu “effektiv”, lakin eyni zamanda “son dərəcə sərt” adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR