İnsanlara hürriyət, millətlərə istiqlal!

"Macarıstanın pulu Ukraynaya verilməyəcək" - Orban

675 15.12.2023 13:48 Dünya A A

Macarıstan Avropa İttifaqının büdcəsindən Ukraynaya maliyyə yardımının ayrılmasını dəstəkləmək niyyətində deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

O, Aİ-nin Brüsseldə keçirilən sammitində 2024-2027-ci illər ərzində Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan icma büdcəsinə düzəlişin qarşısını aldığını təsdiqləyib.

"Macarların pulu Ukraynaya verilməyəcək", - hökumət başçısı bildirib. O, izah edib ki, onun fikrincə, hazırda icma büdcəsində Ukraynaya uzunmüddətli yardım üçün “pul yoxdur”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR