İnsanlara hürriyət, millətlərə istiqlal!

Macar nazir: Türk dünyası inkişaf edir

366 05.06.2024 14:04 Siyasət A A

Türk Dövlətləri Təşkilatına üzv olmazdan əvvəl biz hələ dünyada gedəcək prosesləri proqnozlaşdıra bilmirdik.

Bu fikirləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri ilə Bakıda bugünkü mətbuat konfransında deyib.

“Türk Dövlətləri Təşkilatı sayəsində biz başa düşdük ki, bu region, yəni Türk dünyası geniş şəkildə inkişaf edir. O zaman biz hələ dünyada gedəcək siyasi prosesləri proqnozlaşdıra bilmirdik. Avrasiya regionu dünyada mühüm rol oynayır”, - macar nazir qeyd edib.

O, “Ukraynadakı müharibənin onlar üçün yük olduğunu” vurğulayıb.

“Bizə isə münasibətlərin inkişafı üçün bir körpü lazımdır. Türk Dövlətləri Təşkilatı Şərqlə Qərbin arasındakı həmin bu körpünün sütunudur”, - Siyarto vurğulayıb.//apa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR