İnsanlara hürriyət, millətlərə istiqlal!

M-8-i qaçıran Kuzminovu İspaniyada kim öldürüb? – İzlər azdırılır

838 20.02.2024 12:55 Dünya A A

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, İspaniyada həlak olan pilot Maksim Kuzminov hələ Rusiyanın Mi-8 hərbi helikopterini qaçırmağı planlaşdıran zaman “mənəvi cəsəd" olub.

Musavat.com xəbər verir ki, bu barədə o, RİA Novosti-yə bildirib.

Bir gün əvvəl “Ukrayinska Pravda” nəşri Ukrayna Dövlət Kəşfiyyat İdarəsinə istinadən xəbər verib ki, Rusiyadan qaçan pilot İspaniyada qıza görə öldürülə bilərdi.

Güman olunur ki, Ukrayna tərəfi Kuzminovun qətlini ona görə siyasiləşdirmir ki, Rusiya tərəfdən Ukraynaya keçənləri və analoji addımlar atmaq istəyənləri “Rusiyanın qarşıalınmaz qisasçılığı” ilə qorxutmasın.

Eyni zamanda, "El Observador" qəzeti yazır ki, Ukrayna hakimiyyətinin versiyasında bir sıra uyğunsuzluqlar var. Pilotun öldüyü iddia edilən yerin adı çəkilməyib və İspaniyada öldürülən adamın yaşı Kuzminovun yaşı ilə uyğun gəlmir. 

Bilindiyi kimi, 2023-cü ilin sentyabrında Rusiyanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kuzminovun avqustun 9-da Mi-8 markalı hərbi helikopteri Kursk aerodromundan Xarkov vilayətinə qaçırdığını bildirib. Helikopterdə Kuzminovdan başqa, Ukrayna kəşfiyyatının məlumatına görə, müqavimət nəticəsində həlak olan iki ekipaj üzvü olub. Keçən il sentyabrın 7-də prezidentin mətbuat katibi Dmitri Peskov Ukraynaya qaçırılan Mi-8 helikopteri ilə bağlı məlumatı şərh etməkdən imtina edərək, bunun Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu deyib.

Kuzminovun helikopteri qaçırmasından sonra hərbi dairələrdə onun haqqında ölüm hökmü çıxarılıb. Dünən isə Kuzminov yaşadığı evin yanından güllələnmiş halda tapılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR