İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan HƏYƏCANLI AÇIQLAMA: “On minlərlə əsgər...”

1027 20.02.2024 15:59 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, üçüncü dünya müharibəsinin başlanması ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib.

Musavat.com xəbər verir ki, o, bu fikri milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbərliyi ilə görüşündə bildirib.

“Hərbi güc yenidən problemlərin həlli üçün dünya mərkəzlərinin əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələrinin nəticələrindən dərs çıxarılmayıb”, - deyə BelTA agentliyi Lukaşenkonun sözlərindən sitat gətirir.

Aleksandr Lukaşenkonun sözlərinə görə, NATO-nun on minlərlə əsgəri, yüzlərlə zirehli texnika, təyyarə və helikopter Rusiya Federasiyası və Belarus sərhədləri yaxınlığında yerləşdirilib.

“Belarus və Rusiyanın bilavasitə yaxınlığında Avropada aparılan alyans əməliyyatları çərçivəsində NATO və ABŞ silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bundan başqa, mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopter də sərhəddə gözləyir”, - deyə Lukaşenko qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR