İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Priqojini dayandırdı: üsyançının şərtləri var

3624 24.06.2023 21:20 Son xəbər A A

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə razılaşaraq “Vaqner” Özəl Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinlə danışıqlar aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Belarus prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, gün ərzində davam edən danışıqlar nəticəsində tərəflər Rusiya ərazisində qanlı döyüşün başlanmasının yolverilməzliyi barədə razılığa gəliblər.


“Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilib.



Belarus prezidenti Aleksandr Lukaşenkonun üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının yeni təfərrüatı da məlum olub.

Lukaşenkonun planına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndərilməlidirlər.

Lakin məlumat rəsmi olaraq hələ ki, təsdiq edilməyib.



Qeyd edək ki, Yevgeni Priqojin hərbi karvanını geri çevirdiyini bildirib və qardaş qanı axıtmaq istəmədiyini bəyan edib.

“Rus qanının töküləcəyi ilə bağlı bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq karvanımızı çevirib əks istiqamətdə səhra düşərgələrinə gedirik”, - deyə o qeyd edib.

Məlumat üçün onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden şənbə günü Britaniya və Almaniya liderləri Rişi Sunak və Olaf Şolts ilə Rusiyadakı vəziyyəti müzakirə edib.

Bu barədə Ağ Evin danışıqların yekunlarına dair verdiyi yazılı açıqlamada deyilir.

“Bu gün prezident Bayden Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışıqları aparıb. Liderlər Rusiyadakı vəziyyəti müzakirə ediblər”, - məlumatda deyilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR