İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb

508 16.05.2024 15:22 Siyasət A A

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın azad edilən ərazilərində dirçəliş dövrünün başladığını deyib.

Musavat.com-un məlumatına görə, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüş zamanı Belarus lideri müharibədən əvvəlki söhbəti xatırladığını bildirib.

“Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək.

Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”, - A.Lukaşenko deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR