ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri ətrafında yaşayış məntəqələrini külə döndərən və minlərlə insanı evlərini tərk etməyə məcbur edən yanğınlar səngiməyə başlayır, lakin qarət təhlükəsi səbəbindən zərər çəkmiş bölgələrdə təhlükəsizlik tədbirləri gücləndirilir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Los-Ancelesdə dörd gündür davam edən dağıdıcı yanğınların söndürülməsi istiqamətində işlər davam edir. Fövqəladə hallar xidmətinin işçiləri əvvəllər alovun sürətlə yayılmasına kömək edən küləyin sürətinin azaldılması sayəsində yanğınların bir hissəsini nəzarət altına ala biliblər.
Zərər çəkmiş ərazilərdə hakimiyyət orqanları qarət və talan hadisələrinin qarşısını almaq üçün komendant saatı tətbiq edib.
Bildirilir ki, fəlakət şəhərə böyük ziyan vurub: bütün yaşayış massivləri, o cümlədən məşhur Hollivud aktyorlarının evləri külə dönüb. Təxminən 180 min insan təxliyə edilib, ölənlərin sayı, son məlumatlara görə, on nəfərə çatıb.
Musavat.com