İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonun nüfuzlu qəzeti iki əsrdən sonra gündəlik nəşri dayandırır

399 30.05.2024 14:51 Dünya A A

Londonun nüfuzlu “Evening Standard” qəzeti 200 ildən sonra gündəlik nəşrdən həftəlik nəşrə keçir.

AZƏRTAC xəbər verir ki, Londonun metro və avtobuslarında həftənin beş günü pulsuz paylanan qəzet öz nəşrini azaldaraq həftədə bir dəfə dərc olunacaq.

Şirkətdən bildirilib ki, COVİD sonrası Londonda səyahət edən sərnişinlərin sayının azalması, istehlakçı davranışlarının dəyişməsi və metronun bir çox hissələrində “WiFi” qurğularının tətbiqi qəzetə təsir edib.

Qəzetin son altı ildə 84 milyon funt sterlinq itirdiyi və COVİD-dən əvvəl 600 min nüxsə ilə buraxılsa da bu rəqəmin hazırda 300 mindən də aşağı olduğu bildirilib. Qəzet rəhbərliyi qeyd edib ki, onlar daha çox qəzetin onlayn biznesinə diqqət yetirəcəklər. “Evening Standard”ın gündəlik buraxılışını dayandırması çap və xəbər sənayesi üçün çətin bir vaxta təsadüf edir.

Qeyd edək ki, bu ilin əvvəlində “Daily Mirror” və “Express” qəzetlərinin sahibi olan “Reach” nəşriyyatı da onlayn mövcudluğunu artırmaq səyləri çərçivəsində xərcləri və iş yerlərini azaltmaq planlarını açıqlamışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR