İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda gözəllik müsabiqəsinə makiyajsız qatılan azərbaycanlı xanım jürini şoka saldı - VİDEO

3976 30.08.2022 09:56 Maraqlı A A

Azərbaycanlı Melisa Rauf "Miss England" gözəllik müsabiqəsinin finalına çıxıb.

BAKU.WS "Hüriyyet"ə istinadla xəbər verir ki, o, müsabiqənin mövcud olduğu 94 illik tarixi ərzində yarışa makiyajsız qatılan və finala yüksələn ilk iştirakçı olub.

20 yaşlı Melisa açıqlamasında daxili gözəlliyini ön plana çıxarmaq və sosial mediada yaradılan gözəllik anlayışına meydan oxumaq istədiyini bildirib.

O, oktyabrda keçiriləcək "Miss England" müsabiqəsinin finalında 40 namizədlə yarışacaq. Jüri azərbaycanlı xanımın bu cəsarətli addımından təsirlənərək ona yüksək bal veriblər. 

Finala makiyajsız qatılmağı planlaşdırdığını bildirən Melisa Rauf yarımfinalın həyəcanlı, eyni zamanda möhtəşəm təcrübə olduğunu deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR