İnsanlara hürriyət, millətlərə istiqlal!

London qərarını verdi – ABŞ İran hədəflərini Britaniya bazalarından vuracaq

1030 02.03.2026 02:48 Dünya A A

Böyük Britaniya ABŞ-yə İranla bağlı əməliyyatlarda hərbi bazalarından məhdud istifadə etməyə icazə verib.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer ölkəsinin “İraq səhvlərindən dərs çıxardığını” bildirib.

Baş nazir vurğulayıb ki, London İranla bağlı ilk zərbələrə qoşulmayıb və bundan sonra da hücum xarakterli əməliyyatlarda iştirak etməyəcək. Bununla belə, Britaniya regionda müttəfiqlərinin müdafiə xarakterli addımlarını dəstəkləyir.

Keir Starmer qeyd edib ki, əlaqələndirilmiş müdafiə əməliyyatları çərçivəsində Britaniya qırıcıları artıq İranın bəzi zərbələrini zərərsizləşdirib.

Bundan əlavə, Britaniya ABŞ-nin müraciətinə əsasən, hərbi bazalarından məhdud müdafiə məqsədləri üçün istifadəyə icazə verib. Bildirilir ki, söhbət raket buraxılış qurğularına və raket anbarlarına qarşı zərbələrdən gedir.

Qeyd edək ki, əməliyyatlardan əvvəl bəzi media qurumları Böyük Britaniyanın Hind okeanında və öz ərazisində yerləşən hərbi hava bazalarından ABŞ-nin istifadə etməsinə icazə vermədiyini yazmışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR