İnsanlara hürriyət, millətlərə istiqlal!

Liz Trass: “Bayden Ağ Evin sükanı arxasnda yuxuya gedib”

634 23.02.2024 12:30 Dünya A A

ABŞ prezidenti Co Bayden üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir və buna görə də ABŞ-ın Ağ Evdə Respublikaçılar partiyasının nümayəndəsinə ehtiyacı var.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri Merilend ştatında “Mühafizəkar siyasi fəaliyyət” konfransında (CPAC) çıxış edən Böyük Britaniyanın keçmiş baş naziri (2022) Liz Trass bildirib.

“Sol qüvvələr hər məsələdə qalib gəlir və gündəmini daha da irəli aparır. Hər şeyi ifrata aparırlar. Elə bu vaxt biz prezident Baydenin Ağ Evin sükanı arxasında yuxuya getdiyini görürük”, - deyə Trass bildirib.

Keçmiş baş nazir deyib: “Tariximiz sorğulanır, hətta biologiyamız da sorgulanır. Təsəvvür edə bilərsinizmi ki, 10 il bundan əvvəl biz qadının kim, kişi kim olmasından danışır, bu mövzuda ciddi mübahisələr edərdik? Bu, inanılmazdır”.

Mühafizəkarlar partiyasından Britaniya İcmalar Palatasının üzvü kimi fəaliyyətini davam etdirən Trass deyib ki, mühafizəkarlar hazırda düşmənçilik şəraitində fəaliyyət göstərirlər. "Gündəliyimizi həyata keçirə bilmək üçün həqiqətən daha böyük bir bazukaya ehtiyacımız var", - deyib və sağçı siyasətçiləri "sistemə meydan oxumağa" çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR