İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviyanın Prezident Şurasının sədri: "Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün ciddi səylər göstərib"

339 02.03.2023 16:08 Siyasət A A

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşü yüksək səviyyədə təşkil olunub və böyük əhəmiyyət kəsb edir.

Musavat.com xəbər verir ki, bu fikri Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.

Tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaq Azərbaycanın Qoşulmama Hərəkatının inkişafı üçün ciddi səylər göstərdiyini və töhfələr verdiyini qeyd edib. Məhəmməd Yunis Əl-Mənfi vurğulayıb ki, Liviya Azərbaycanla əlaqələrdə maraqlıdır və beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə ölkələrimizin mövqeləri üst-üstə düşür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR