İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva prezidenti: “Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla həllinin tərəfdarıyıq”

258 22.05.2023 12:57 Siyasət A A

“Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır”.

“Report”un xəbərinə görə, bunu Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edən zamanı deyib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətli müzakirələrə start verilib:

“Təhsil və iqtisadi baxımdan əlaqələrimizi gücləndirmək qərarına gəldik. İlham Əliyevlə biz birgə Azərbaycan Biznes Forumunun açılışını edəcəyik. Bu çərçivədə iqtisadi sahədə yeni imkanlar yaranacaq. Eyni zamanda bu gün ətraf mühit, gənclər və prokurorluq sahəsində Azərbaycan və Litva arasında əməkdaşlıq sənədləri imzalandı. Bu ikitərəfli münasibətlərimizə təkan verəcək”.

G.Nauseda qeyd edib ki, Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır:

“Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq bağları bizi gələcək illər üçün də birləşdirəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR