İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyan: “Simonyanı istefaya göndərin”

1204 04.04.2023 20:35 Son xəbər A A

“Hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyası Alen Simonyanın parlamentin sədri vəzifəsindən istefası ilə bağlı məsələ qaldırmağa borcludur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “ilur.am” saytındakı məqaləsində yazıb.

“Nə qədər özümü saxlamağa çalışsam da, iki gün əvvəl baş vermiş iyrənc hadisəyə toxunmaya bilmirəm. Gənc oğlan parlamentin sədri Alen Simonyanı küçədə cangüdənlərin əhatəsində görüb, yüksək səslə onu “satqın” adlandırıb. Simonyan sakitcə cangüdənlərin zəncirini qıraraq gəncə yaxınlaşaraq onun gözünə tüpürüb və hətta hadisədən sonra izahatlarında bunu fəxrlə təsdiqləyib.

“Tüpürmək” sözünün (tibb sahəsi istisna olmaqla) özü vulqar ifadədir. Ən yüksək dövlət xadimlərindən birinin ağzından səslənəndə, xüsusən də konkret hərəkətə çevriləndə bu, artıq dövlətin sonu olur. “Xəyanətkar” sözünə gəlincə, bu, gündəlik söyüş və şəxsi təhqir deyil, sırf siyasi qiymətdir ki, buna qarşı vulqar çıxış və ya tüpürcəklə deyil, düzgün və əsaslı cavab verilməlidir” - deyə Ter-Petrosyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR