İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Köçəryandan Paşinyanla bağlı ŞOK sözlər

1228 15.03.2024 20:38 Son xəbər A A

“Ermənistan hakimiyyəti öz hərəkətləri ilə güc mərkəzləri arasında qarşıdurmanı ölkə ərazisinə keçirir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokunun fraksiyasından olan deputat, Robert Köçəryanın oğlu Levon Köçəryan deyib.

“Dünyada davam edən geosiyasi dəyişikliklər və yeni dünya düzəninin bərqərar olması kontekstində Paşinyanın əsas vəzifəsi Ermənistanın güc mərkəzləri arasında toqquşmaların episentrinə çevrilməsinin qarşısını almaq olmalı idi, amma bunun tam əksi baş verir”, - deyə erməni deputat bildirib.

Onun sözlərinə görə, Paşinyan iqtidarı Rusiya Federasiyası ilə Qərb arasında mövcud olan ziddiyyətləri praktiki olaraq Ermənistan ərazisinə keçirib.

“Çox yaxşıdır ki, hansısa ölkə bizə kömək etmək istəyini ifadə edir, lakin biz hamımız başa düşürük ki, təhdidlər Türkiyə və Azərbaycandan gəlir və belə bir kontekstdə yardım göstərməyə hazır olduqları barədə bəyanatlar verildikdə suallar yaranır. Bütün bunlar İrəvanın KTMT və Rusiyanı sərt tənqidlər ünvanladığı vaxtda baş verir. Beləliklə, Paşinyan hakimiyyəti faktiki olaraq konfliktdən qaçmaq əvəzinə Ermənistanı münaqişənin mərkəzinə çəkir”, - deyə Köçəryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR