İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçındakı sərhəd-buraxılış məntəqəsi: Sərhədçilərimiz erməniləri yoxlayır və buraxır - VİDEO

4832 30.04.2023 23:30 Son xəbər A A

Dövlət Sərhəd Xidmətinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsinin tam şəkildə fəaliyyətinin ilk görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, videodan da göründüyü kimi, sərhədçilərimiz erməniləri yoxlayır, daha sonra keçidlərinə şərait yaradırlar.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Daha sonra, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR