İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolundakı aksiya nə vaxt bitəcək? – 120-ci günün sualı

809 09.04.2023 15:53 Yazarlar A A

Laçın yolunda etiraz aksiyası sabah 120-ci günə keçəcək. Böyür-başımızdakı, uzaq xaricdəki irili-xırdalı məlun-bədxahlar, anti-Azərbaycan çevrələri və mərkəzləri aksiyanı nə qədər gözdən salmağa çalışsa da, onun önəmi və hədəfi dəyişməz qalır. Başlıcası, ekoaksiya beynəlxalq hüquqla, qlobal ekoloji narahatlıqlarla həmahəngdir.

Azərbaycan ictimaiyyəti və dövlətinin əsas tələbi isə Qarabağın ekosisteminin və sərvərlərinin 44 günlük müharibədən sonra da (!) talanmasına son qoymaqdır. Bu da öncəliklə Rusiya “sülhməramlı”ların müvəqqəti yerləşdiyi ərazimizdə obyektiv monitorinqi zəruri edir.

Əfsus ki, “sülhməramlı”ların öz “qayğıları” var. Onlardan biri və birincisi budur: necə eləmək ki, 2025-dən sonra da bölgədə qalmaq? Bu yerdə Moskvanın köməyinə zaman-zaman sınaqdan çıxardığı ənənəvi “parçala, hökm sür” imperiya siyasəti gəlir...

Laçın-Xankəndi yolundakı aksiya 102 gündür davam edir - FOTO - FED.az

“Qarabağ yalnız Rusiya sülhməramlılarının sayəsində faktiki olaraq erməni bölgəsi kimi qalır”.

Belə bir provokativ, çoxbaşlı fikri rusiyalı sosioloq, beynəlxalq məsələlər üzrə ekspert Aleksey Tokarev erməni mediasına müsahibəsində deyib. O, həmçinin Qarabağda Rusiyanı Qərbin əvəzləyə biləcəyinin mümkünsüzlüyünü iddia edib.

Klassik təbliğati fənddir.

Rusiya siyasi və ekspert çevrələrində bu yanaşmanın dominant olduğu sirr deyil. Rusiya hərbçiləri də aydındır ki, Qarabağda ermənilərə canları yandığı üçün yerləşməyib. Erməninin nə dərəcədə zatı-qırıq, nankor məxluq olduğunu bizim kimi, ruslar da yaxşı bilir...

Xankəndi-Laçın yolunda aksiya 35 gündür davam edir

Hədəf bir neçədir. Əvvəla, bu yolla ermənilərə, xüsusən də anklavdakı icmaya Rusiyanın vazkeçilməzliyi, “həyati əhəmiyyətli” önəmi aşılanır, təlqin edilir. Eyni zamanda, azərbaycanlılardan “xoxan” düzəldilir. Erməni “vəhşi Türk”lə qorxudulur. Yəni baxın, biz getsək, türklər sizi qırıb çatacaq, Avropa, ABŞ da dadınıza çatmayacaq.

Ayrı sözlə, iki xalqın barışığını əngəlləmək məramı güdülür. Rusiya “sülhməramlı” kontingentinə Kremldən verilən təlimatlardan biri bu. Və yekun kimi bölgədə Rusiya hərbi mövcudluğunu əbədi eləmək niyyəti izlənir.

Halbuki Azərbaycanın erməni əhalini qırıb çatmaq kimi bir hədəfi, məramı yoxdur. Yalnız şərti var – beynəlxalq hüquqa söykənən legitim şərti: ərazi bütövlüyümüzü və bayrağımızı qəbul edən Qarabağ erməniləri orada qalıb yaşaya bilərlər. Onların təhlükəsizliyi və hüquqları digər etnik azlıqlar kimi qanunlar çərçivəsində qorunacaq. Əks halda, yol açıqdır. Hər halda, kiminsə öz yaşayış yerini könüllü, sərbəst şəkilıdə dəyişməsi də insan hüquq və azadlıqları sırasında yer alıb. İnsan haqlarından dəm vuranlar gərək bunu unutmasınlar.

Laçın yolundakı aksiya 46 gündür davam edir » Djb.az

Qarabağda Rusiyanı Qərbin (Avropa Birliyinin) əvəzləməsinin mümkünlüyü və ya qeyri-mümkünlüyünə gəlincə, Azərbaycana onların nə biri, nə də digəri lazımdır. Biz Laçın yolunun “su yolu”na, sərhəd qapılarımızın isə “Karvansara qapısı”na çevrilməsinə sonsuzadək izn vermək fikrində deyilik. Uzağı, 2025-ci ildə ərazimizə bütün giriş-çıxışlar, bənd-bərələr tam nəzarətimizə keçəcək. Bu da bizim legitim haqqımızdır. Laçın yolundakı aksiya kimi.

Yeri gəlmişkən, aksiyanın strateji məqsədi budur. Zira, ölkəmizə girən yollara nəzarət özümüzdə olacaqsa, Qarabağda talanlar, ümumiyyətlə, separatçılıq da olmayacaq. Nəfəslik məsələsi...

Laçın yolundakı aksiya davam edir, Qarabağdan Ermənistana üç xəstə aparılıb

Ermənistanın israrına rəğmən, Rusiyanın aksiyaya müdaxilədən çəkinməsi isə əsla Azərbaycana sevgi ilə bağlı deyil. Öz maraqları üçündür. Çünki bilirlər ki, belə bir müdaxilə olarsa, “sülhməramlı” kontingentin Qarabağdan vaxtından əvvəl çıxarılması tələbi qoyula bilər (Bunun üçün əlavə əsaslar da var. Misal üçün, 10 noyabr sənədinin hələ də reallaşmamış qalan 4 və 9-cu bəndləri).
Bakının belə bir haqlı tələbinə qarşı çıxmaq avtomatik şəkildə şimal qonşumuzun Azərbaycan və Türkiyə ilə münasibətləri korlamasına gətirərdi. Etibarsız erməniyə görə dəyərmi?

Dəyməz. Bu, öz ayağına güllə atmaq anlamına gələr. Demək, enində-sonunda aksiyanın əsas tələbi yerinə yetirilməlidir. Bəzi məlumatlara görə, yaxın 7-10 gündə həm aksiya, həm də ümumən Laçın yolu (nəzarət postu) ilə bağlı həlledici və yekun qərar veriləcək. Təbii ki, Azərbaycanın xeyrinə. Deyəsən həlledici on günlüyə girmişik...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR