İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın polisi əməliyyat keçirdi – Həbs olunan var

1056 14.04.2022 15:06 Kriminal A A

Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb.

Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman “Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilib.

Faktla bağlı Laçın rayon polis şöbəsində istintaq tədbirləri davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR