İnsanlara hürriyət, millətlərə istiqlal!

KXDR-də bir gündə 800 min nəfər orduya yazılmaq üçün müraciət edib

570 18.03.2023 14:54 Son xəbər A A

Şimali Koreyada bir sutka ərzində 800 min gənc “Amerika imperializminin və onların əlaltılarının kökünü kəsmək” və yarımadanı birləşdirmək üçün orduya daxil olmaq niyyətini bildirib.

AZƏRTAC “Rodong Sinmun” qəzetinə istinadla xəbər verir ki, KXDR-in bütün regionlarında orduya yazılmaq üçün müraciət edənlərin sayı durmadan artır. Ölkənin çağırış sisteminə əsasən, bütün kişilər ən azı 10 il, qadınlar isə üç il silahlı qüvvələrdə xidmət etməlidir.

Nəşrin yazdığına görə, gənclərin orduya hamılıqla can atması Koreya yarımadasının birləşməsinə nail olmaq və KXDR-i məhv etməyə can atan müharibə fanatiklərinin kökünü kəsmək əzminin təzahürüdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR