İnsanlara hürriyət, millətlərə istiqlal!

Kütləvi davada ağır xəsarətlər alan futbolçu xəstəxanada vəfat edib

1126 26.07.2022 20:44 Hadisə A A

ABŞ-da oyun vaxtı kütləvi davada xəsarət alan 29 yaşlı futbolçu Misael Sançes dünyasını dəyişib.

"Report"un "New York Post"a istinadən məlumatına görə, təcrübəli oyunçu xəstəxanaya yerləşdirildikdən 2 həftə sonra vəfat edib.

Hadisə həvəskar komandalar arasında keçirilən matçda baş verib. Baş hakimin qərarlarından narazı qalan hər iki komandanın futbolçuları və qarşılaşmanı izləyənlər final fitindən sonra ona hücum çəkiblər. Qarşıdurma zamanı Sançes ağır bədən xəsarətləri alıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Polis ölən futbolçuya ağır bədən xəsarəti yetirməkdə ittiham olunan 46 yaşlı kişini həbs edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR