İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vuraraq öldürdü

405 28.11.2022 21:11 Hadisə A A

Kürdəmirin Sor-Sor kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü Musayev Ozal Bilal oğlu kənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən rayonun Köhünlü kənd sakini Tahir Vəli oğlu Nəzərlini vurub.

Yaralı dərhal yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tahir Nəzərlinin meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR