İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə 45 yaşlı qadın kimyəvi maddə içərək zəhərlənib

437 25.11.2023 23:05 Hadisə A A

Kürdəmirdə 45 yaşlı qadın kimyəvi maddə içərək zəhərlənib.

Bizim.media xəbər verir ki, hadisə rayonun Yeni Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Telnurə Şıxməmməd qızı Həmidova səhvən su əvəzinə kimyəvi maddə içib.

Yaxınları T.Həmidovanı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR