İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə gəzən kişini güllələyərək öldürdülər - VİDEO, FOTO

984 13.11.2022 03:05 Kriminal A A

Türkiyədə küçədə gedərkən ona yaxınlaşan avtomobildən açılan atəş nəticəsində sinəsindən güllə yarası alan Adnan Kaya həyatını itirib.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.

Hadisə gecə saatlarında mərkəz Çukurova rayonu Mahfesığmaz Məhəlləsində baş verib. Hələlik dövlət nömrə nişanı məlumm olmayan avtomobildə olan şəxslər evinin yaxınlığında küçədə gəzən Adnan Kayaya yaxınlaşıblar. İddiaya görə, avtomobildəki şəxslərin ona səsləndiyini eşidən Adnan Kaya avtomobilin yanına getdikdən sonra silahla hücuma məruz qalıb. Şübhəlilər avtomobildən atəş açaraq hadisə yerindən qaçıblar.

Otomobil ile geldiler, sokakta yürüyen kişiyi başından vurup öldürdüler -  Gündem Haberleri

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Hadisə yerinə gələn təcili yardım tərəfindən edilən müayinə zamanı Adnan Kayanın yerindəcə öldüyü müəyyən edilib. Adnan Kayanın cəsədi hadisə yerində müayinə olunduqdan sonra yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR