İnsanlara hürriyət, millətlərə istiqlal!

Kubalı nazir Azərbaycanı COP29 kimi tədbirə ev sahibliyi münasibətilə təbrik edib

545 18.05.2024 02:22 Siyasət A A

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev bu ölkənin elm, texnologiya və ətraf mühit naziri Eduardo Martinez Diasla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Kubadakı səfiri "X"dəki hesabında yazıb.

Görüşdə Azərbaycan ilə Kuba arasında mövcud olan tarixi dostluq münasibətlərinə toxunulub, son zamanlar ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Eyni zamanda iki ölkə arasında elm, texnologiya və ətraf mühit sahələrində əməkdaşlıq imkanları, həmçinin Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər müzakirə edilib.

Kubalı nazir Azərbaycanı COP29 kimi mötəbər tədbirə ev sahibliyi münasibətilə təbrik edib və ölkəsinin bu istiqamətdə respublikamıza dəstək verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR