İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin təlimlərində Ermənistanın adı çəkilmir

408 14.02.2024 14:26 Son xəbər A A

2024-cü ilin sentyabr-oktyabr aylarında Qırğızıstan, Tacikistan və Qazaxıstan ərazilərində KTMT-nin birgə və xüsusi təlimləri keçiriləcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov bildirib.

“Bu ilin sentyabr-oktyabr aylarında Qırğızıstan ərazisində Mərkəzi Asiya Kollektiv Təhlükəsizlik regionunda Kollektiv Çevik Reaksiya Qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2024” adlı komanda-qərargah təliminin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, kəşfiyyat güclərinin “Axtarış-2024”, həmçinin KTMT qoşunları üçün maddi-texniki təminat qüvvələri və vasitələrinin yoxlanılması məqsədilə “Eşelon-2024” adlı təlimlər baş tutacaq”, - Serdyukov qeyd edib.

O əlavə edib ki, 2024-cü ilin oktyabrında Tacikistanda Mərkəzi Asiya regionu (MRX) komandanlığı ilə əməliyyat təlimi, eləcə də Mərkəzi Afrika Respublikası bölmələrinin iştirakı ilə “Hüdud-2024” təlimi keçiriləcək:

“Bundan əlavə, sentyabr-oktyabr aylarında Qazaxıstan ərazisində KTMT sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq-2024” komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır”.

KTMT üzvü olmasına rəğmən, Ermənistanın adı bu tədbirlərdə çəkilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR