İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin baş katibi İrəvana gedəcək

290 20.12.2023 14:57 Siyasət A A


KTMT-nin baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də İrəvana səfər etməyi planlaşdırır.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, 2023-cü il dekabrın 21-də KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun İrəvana səfəri planlaşdırılır və bu səfər çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçiriləcək.

Görüşdə Xarici İşlər Nazirləri Şurasının və KTMT Şurasının 2023-cü ilin noyabrında Minskdə keçirilən Sessiyasının Birgə İclasının nəticələrinin müzakirəsi gözlənilir. Qeyd edək ki, son vaxtlar KTMT – İrəvan münasibətləri heç zaman olmadığı şəkildə soyuyub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR