İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-dən sülh çağırışı

541 14.02.2024 12:52 Region A A

KTMT Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur.

Musavat.com-un məlumatına görə, bunu keçirdiyi brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib. “Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzərin resurslarına çıxış əldə etmək və özlərini Mərkəzi Asiyaya birbaşa çıxışla təmin etmək cəhdləri var”, - Serdyukov bildirib. (TASS) Generalın sözlərinə görə, bu məqsədlə Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur: “Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında vacib olaraq qalacaq”.

Serdyukovun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Qərb Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır. “Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir etməkdə davam edir”, KTMT generalı qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR