İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə yaxın oliqarxlar arasında savaş qızışdı

852 31.01.2023 16:31 Region A A

Rusiyalı iş adamı Oleq Deripaska başqa rusiyalı biznesmeni izlətdirmək üçün xüsusi agent tutub.

Musavat.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Məlumata əsasən, Oleq Deripaska bu məqsədlə ABŞ-da sanksiya rejimini pozmaqda şübhəli bilinərək həbs edilən keçmiş FTB agenti Çarlz Makqoniqalı və keçmiş rus diplomatı Sergey Şestakovu işə götürüb.

“Forbes”un istintaq materialları ilə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə, Deripaskanın izlətdirmək istədiyi iş adamı “Norilski Nikel” şirkətinin həmsahibi Vladimir Potanindir.

“Forbes” yazır ki, Deripaska Vladimir Potaninin Rusiyanın ən böyük müəssisələrindən birinə nəzarət paketi əldə etməsini mübahisələndirməyə çalışıb. Oleq Deripaska bu məqsədlə Potaninin xaricdəki aktivlərinin aşkarlanmasına və onun Rusiyadan başqa ölkənin vətəndaşlığının olub-olmamasının bilinməsinə cəhd edib.

“Deripaska “Norilsk Nikel”i yeni səhmdar müqaviləsi bağlamağa məcbur etmək məqsədilə Londondakı məhkəmə üçün materiallar toplayırdı”, - deyə “Forbes” mənbəsi iddia edir. İttihama görə, Makqoniqal və Şestakov 2021-ci ildən “rəqib oliqarx”ın üzərində çirkin axtarışlara başlayıblar. Onların əlaqəli olduğu detektiv firma Potaninin “500 milyon dollardan çox gizli aktivlər”ini və digər qiymətli qaynaqlar əldə ediblər. Lakin 2021-ci ilin noyabrında ABŞ FTB-nin xüsusi agentləri iki şübhəlinin elektron cihazlarını ələ keçiriblər və bununla Deripaskanın başlatmaq istədiyi təhqiqat dayanıb. Agentlərin tapa bildiyi iddia edilən məlumatlarla da bağlı təfərrüat yoxdur.

“Forbes” Deripaska və Potanin arasındakı münasibətlərin gərginliyindən və “Norilski Nikel” üzərində nəzarət uğrunda mübarizəni vurğulayıb. İddialara görə, Deripaska strukturlarının nəzarətində olan “Rusal” keçən ilin oktyabrında Potaninin “Nornikel” şirkətinin idarəedici tərəfdaşı və baş direktoru kimi vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar London məhkəməsində iddia qaldırıb. “Forbes” qeyd edir ki, Potanin öz investisiya holdinqi “Interros” vasitəsilə “Norilski Nikel”in 37%-nə, Deripaska isə “En+” şirkətinin 45%-nə nəzarət edir. “En+” öz növbəsində “Norilski Nikel”in 26%-nə sahibdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR