Rusiya Ukrayna ərazisindəki obyektlərə zərbələr endirməyə davam edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu cür hərəkətlər davam etdiriləcək və Mosvanın hazırkı kursunun bir hissəsidir.
Bundan əlavə, Peskov Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin yüksək səmərəliliyini qeyd edib.
O bildirib ki, Avropa İttifaqı ölkələri Mosvanın münaqişə ətrafındakı real vəziyyətlə bağlı mövqeyi ilə tanış olmalıdırlar.
Bununla yanaşı, Kremlin rəsmisi aktual məsələlərin müzakirəsi üçün Rusiya ilə Avropa ölkələri arasında təmasların zəruri olduğunu vurğulayıb.
Musavat.com.






