İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Mahaçqalada baş verənlərə REAKSİYA

1068 30.10.2023 15:12 Son xəbər A A

Kreml dünən Mahaçqalada baş verən hadisələri şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, xarici müdaxilənin, o cümlədən informasiya müdaxiləsinin nəticəsidir.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Peskov həmçinin bildirib ki, bu gün Moskva vaxtı ilə saat 19:00 radələrində geniş toplantı keçiriləcək.

“Rusiya prezidenti Vladimir Putin bu gün Qərbin Yaxın Şərqdəki hadisələrdən cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etmək məqsədilə görüş keçirəcək”, - Peskov qeyd edib.

İclasda ölkənin bütün rəhbərliyinin iştirak edəcəyi bildirilir. Rusiya prezidentinin mətbuat katibi Mahaçqala hadisələrinin iştirakçılarına qarşı görülə biləcək tədbirləri şərh etməyib, görüşü gözləməyi təklif edib.

Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla, 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni təxribatla əlaqələndirərək pisləyiblər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR