İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusun yeni simptomları AŞKARLANDI

617 04.01.2024 13:23 Dünya A A

Böyük Britaniyada alimlər koronavirus infeksiyasının JN variantının iki yeni simptomunu aşkar ediblər.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, ABŞ, İslandiya, Fransa, Portuqaliya və İspaniyada, İngiltərədə olduğu kimi, JN.1 variantına yoluxma hallarında artım müşahidə olunub.

Milli Statistika İdarəsi bildirib ki, əvvəllər yoluxmuş şəxslərdən məlum olan simptomlara bu tip xəstəlik üçün atipik daha iki əlamət əlavə edilib. Belə ki, şöbədən verilən məlumata görə, xəstələrdə burun axması, halsızlıq, öskürək və baş ağrıları ilə yanaşı, yuxusuzluq və narahatlıq da müşahidə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR