İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirus pusquda - ölkəmiz üçün yayda təhlükəli proqnoz

953 13.05.2022 09:50 Gündəm A A

Həkimdən SOS:  “COVİD  yox, Azərbaycanı yaxın gələcəkdə vərəm təhlükəsi gözləyir”

Vaksinlər və İmmunlaşdırma üzrə professor Georgi Pxakadze Cənubi Qafqaz regionunda yoluxmanın növbəti dalğasının yayda görünəcəyini bildirib: “İndi yazdır, tezliklə yay, tətil, çimərlik mövsümü başlayır. Ancaq koronavirus da pusqudadır. Gürcüstan və Azərbaycanda kifayət qədər peyvənd olunmamış insanlar var. Bundan əlavə, bir çoxları Çin peyvəndi ilə vaksinasiya olunub, hansı ki, xüsusilə də ”Delta" və “Omikron” variantlarına qarşı çox təsirli olduğu sübut edilməyib. Bunu Sinqapur və Honkonq üzrə məlumatlar göstərib. Eyni zamanda Şərqi Avropada əhalinin əksəriyyəti koronavirusu asimptomatik formada keçirib. Əhalinin immun müdafiəsi var. Amma bizdə tam vaksinasiya olmadı və bu isə çox vacibdir".

Son günlər koronavirusun yenidən təhlükəli şəkildə geri qayıdacağı barədə məlumatlar yayılır. Bəziləri daha təhlükəli ştamın da ortaya çıxacağını deyir. Hazırda Azərbaycanda peyvəndlənmə prosesi necə qiymətləndirilə bilər? Yayda belə təhlükə varmı?

Həkim-pulmonoloq Əsəd Beydullayev  dedi ki, COVİD tam keçməyib. Növbəti dalğanın olma ehtimalı da  var. Təbii ki, yoluxmuş adamların sayına nisbətdə ümumdünya üzrə 7 milyard insandan 5 yüz milyonu yoluxub. Belə çıxır ki, 6 milyon yarım, böyük faiz hələ yoluxmayıb. Vaksin olunmuş insanların sayı da 1 milyardı aşmır. Yəni böyük sayda vaksin olunmamış insan var. Amma bunu mütləq olaraq demək ki, may ayında yoluxma artacaq, bu real deyil.  Əgər statistik rəqəmlərlə göstərilsəydi ki, yoluxma sayı dinamik olaraq keçən aya nisbətən bu ay artıb, o zaman təxmin etmək olardı ki, önümüzdəki günlərdə xəstəlik arta bilər. Amma mən belə bir artım müşahidə etmirəm. COVİD-lə bağlı ağciyəri zədələnmiş xəstələri daha çox sentyabr ayında görürük.

Pusuda bekleyen tehlike Delta! 'Kendini yer altına attı...' - Günün  Haberleri

Yəni pnevmoniya ilə bağlı müraciət edənlər daha çox sentyabr ayından başlayaraq artmağa başlayır. Havalar soyuduqca artım olur. Yay aylarını deyə bilmərəm, payızda yenidən olmaq şansı var. Bu da, sadəcə, təxmindir. Ümidverici məqam odur ki, insanlar artıq xəstəlik haqda məlumatlıdırlar. Daha tez həkimə müraciət edə bilərlər. Əvvəlki qədər insanlarda təlaş yoxdur. Bu şərtləri nəzərə alsaq, növbəti dalğa inanmıram ki, daha ağır ola bilər. İnsanlar artıq müəyyən məhdudiyyətlərə alışıblar. Deyilsə ki, hamı maska taxmalı, karantin qaydaları tətbiq edilməlidir, insanlar normal qarşılayacaqlar. Ona görə sentyabrda yoluxma sayında artım olsa belə, dövlət üçün bunun qarşısını almaq o qədər də çətin olmayacaq".

Həkim COVİD deyil, digər narahatlıq doğuran xəstəlik barədə xəbərdarlıq etdi: “Pandemiya dövründə vərəmin dayanıqlı ştamları əmələ gəldi. Özbaşına müalicələr bir yandan, qeyri-düzgün müalicə, xəstələrin nəzarətsiz, məlumatsız olmaları, müalicə etmək məqsədilə istifadə edilən pərakəndə antibiotiklər vərəm çöplərinin meydana gəlməsinə səbəb oldu. Eyni zamanda həyat tərzimizdə bizim üçün yad olan maddələrin çoxundan istifadə etməyimiz - bura ətirlərdən tutmuş məişətdə işlətdiyimiz digər qidalara qədər - hər biri allergiyanın artmasına səbəb olacaq. Bütün bu amillər onu deməyə əsas verir ki, önümüzdəki illərdə vərəm xəstələri ilə dəfələrlə daha çox rastlaşacağıq. Üstəgəl, biz endemik zonada yerləşirik, əslində vərəm ocağında yaşayırıq. Ağciyər həkimi kimi məni ən çox bu narahat edir”.

Koronavirusla bağlı ölüm sayı bir qədər çoxdur

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev dedi ki, Azərbaycanda  Çin istehsalı olan vaksinlər çox vurulub: “Çin istehsalı peyvəndin effektiv olduğu sübuta yetirilib. Pandemiyanın bitməsində peyvəndlərin rolundan çox, ”Omikron" variantının rolu oldu. “Omikron” çox sürətli şəkildə yoluxdurdu və sağalma baş verdi. Bununla əlaqədar heç bir karantin qaydası, məhdudlaşdırma olmadan təbii şəkildə yoluxma sayında azalma baş verdi. Bu da kollektiv immunitetin formalaşması ilə əlaqədardır. Buna görə də bizdə hər hansı problemin, yoluxma sayında yeni artımların olacağını düşünmürəm. Bu, payız aylarında mümkün ola bilər. Adətən yay aylarında kəskin respirator virus infeksiyalarında yoluxma müşahidə edilmir. Çünki yay fəsli həm günəş aktivliyinin yüksək olduğu, həm də evlərdə, otaqlarda havalandırmanın çox olduğu mövsümdür.  O səbəbdən də yay fəslində virusun çoxalma ehtimalı çox azdır. Amma payıza doğru bu ola bilər. Bu da pandemiya səviyyəsində olmayacaq. Lokal olaraq, qrip kimi olacaq. O ki qaldı peyvəndləməyə, bizdə vaksinasiya sürətli və düzgün şəkildə aparıldı".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR