İnsanlara hürriyət, millətlərə istiqlal!

Koreya yarımadasında hərbi toqquşma zaman məsələsidir - İDDİA

437 03.12.2023 15:35 Dünya A A

Koreya yarımadasında toqquşmalar və müharibələr KXDR ilə Koreya Respublikası arasında hərbi gərginliyin azaldılmasına dair razılaşmaya əməl olunması dayandırıldıqdan sonra zaman məsələsinə çevrilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Koreya mərkəzi xəbər agentliyinin (KCNA) dərc etdiyi məqalədə deyilir. Məqaləni KXDR-dən olan hərbi müşahidəçi qələmə alıb.
Ekspertin fikrincə, Cənubi Koreyanın hazırkı rəhbərliyi daxili siyasi səbəblərdən KXDR-ə qarşı düşmənçilik siyasəti yürüdür və təsadüfi toqquşmaların qarşısının alınması mexanizmi rolunu oynayan razılaşmadan imtina etmək üçün bəhanə gözləyirdi. Şərhçinin fikrincə, bu bəhanə noyabrın 21-də KXDR-in kəşfiyyat peykinin qanuni buraxılışı olub. O, “dünyanın ən gərgin qarşıdurmasını” aparan KXDR və Cənubi Koreyanın sərhədində böyük qüvvələrin cəmləşdiyinə diqqət çəkib. İndi bufer zonalar “tamamilə ləğv edilib”.

"Hazırda Koreya yarımadasında fiziki qarşıdurma və müharibə ehtimal səciyyəsi daşımır, bu, zaman məsələsinə çevrilib", - müəllif hesab edir. O vurğulayıb ki, Pxenyan Cənubi Koreya ordusunu özünə düşmən hesab etmir. Məqalədə deyilir: “Əgər Koreya Respublikasının hərbi və siyasi qanqsterləri əsassız hərbi təxribat törətməyə cəsarət etsələr, biz bu təxribatı dərhal və güclü tədbirlərlə yatıracağıq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR