İnsanlara hürriyət, millətlərə istiqlal!

Könül Xasıyevaya 254 min lazımdır: "Boğazımdakı şiş ümidlərimi qırdı"

1547 19.10.2022 20:14 Şou-biznes A A

"Əziz və dəyərli xalqımız, elimiz-obamız, uzaqda, yaxında yaşayan soydaşlarımız. Sənətə gəldiyim ilk gündən, hər zaman ləyaqətlə yaşamağa çalışdım. Öncə ləyaqət, sonra sənət dedim. Kimsənin qəlbini qırmadım. Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. Ən əsası sizi sevərək, sevginizlə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var".

Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva sosial şəbəkədə yazıb.

Sənətçi əməliyyat üçün maddi yardıma ehtiyacının olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR