İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın oğlu deputat olur?

805 03.11.2023 17:39 Region A A

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsdə olan oğlu Levon Köçəryan “Ermənistan” blokundan Ermənistan parlamentinə deputat ola bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentində eyni adlı fraksiyanın  deputatı Armen Çarçyan mandatını tərk etdikdən sonra onun parlamentdəki yeri Miqrdat Mədətyana keçməli imiş.

Lakin məlum olub ki, daxili müzakirələrin nəticələrinə əsasən, həm Mədətyan, həm də ondan sonra gələn Angela Nalbandyan və Gerasim Vardanyan mandatlarından imtina edirlər. Nəticədə növbə Levon Köçəryana çatıb.

“Ermənistan” blokunun deputatı Aqnes Hamoyan yerli mətbuata müsahibəsində Levon Köçəryanın mandatından imtina edib-etməyəcəyi sualına cavab verə bilməyəcəyini deyib. Bildirib ki, buna səbəb onda belə bir məlumatın olmamasıdır.

Xatırladaq ki, Levon Köçəryan bu ilin sentyabrın 25-də həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR