İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan Araiki İrəvana çağırdı - Necə gedəcək?

1130 20.06.2023 15:30 Siyasət A A

Baş separatçı Araik Arutyunyan İrəvana çağırılacaq.

Bu barədə 44 günlük müharibənin nəticələrini araşdıran təhqiqat komissiyasının sədri Andranik Köçəryan jurnalistlərlə görüşündə məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda istintaq komissiyasına Araik Arutyunyanı dəvət etmək niyyətindədirlər.

Xatırladaq ki, bugünkü sessiyada Nikol Paşinyan geniş açıqlama verib, müharibənin niyə noyabrın 9-da dayandırıldığını açıqlayıb, danışıqlar prosesinin təfərrüatlarını təqdim edib.

Maraqlıdır, Köçəryan Araiki hansı vasitə ilə İrəvana gətirmək niyyətindədir. Azərbaycan Laçında buraxılış məntəqəsi qurduqdan sonra separatçılar tamamilə təcrid olunublar. Onlar Xankəndini tərk edə bilmirlər. Ona görə də, Köçəryanın nə deməsindən asılı olmayaraq, Araikin İrəvana getməsi mümkünsüz görünür.

O, Xankəndini bir şərtlə tərk edə bilər: İlham Əliyevin elan etdiyi amnistiyaya düşsün. Ondan sonra gedə bilər, amma bir daha qayıtmamaq şərtilə.

Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR