İnsanlara hürriyət, millətlərə istiqlal!

Koçaryan siyasi meydandan çəkildiyini açıqladı

2387 24.01.2023 09:45 Region A A

Ermənistanın eks-prezidenti, hərbi cani Robert Koçaryan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Son bir ildə siyasi meydanda aktiv şəkildə görünməyən Qarabağ klanının əsas fiquru indi də ixtiyarında olan media orqanlarının pulunu kəsməklə gündəmə çevrilib.

Musavat.com xəbər verir ki, bununla bağlı "Hraparak" nəşri yazıb.

Nəşr qeyd edib ki, Robert Koçaryan və onun ailəsinin adı ilə bağlı olan media orqanlarında ixtisarlar olub: "2023-cü il həmkarlarımız üçün yaxşı başlamayıb. Öyrəndik ki, bu maliyyə problemləri xüsusən də "Yerevan Today" xəbər saytının əməkdaşlarına təsir edib".

Qeyd edilir ki, rəhbərlik kollektivə fevralın 1-dən minimum ştatla işləyəcəklərini bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR