İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze: Qara dənizin dibi ilə kabel çəkilişi layihəsi üçün xüsusi səy göstərəcəyik

570 03.02.2024 00:43 Dünya A A

Gürcüstan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini həyata keçirmək üçün xüsusi səy göstərmək niyyətindədir.

Bu barədə baş nazirliyə namizəd İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi hökumət proqramında deyilir.

Sənəddə deyilir: “Gürcüstana Avropa İttifaqının etibarlı enerji və tranzit tərəfdaşı və yaşıl enerji təchizatçısı kimi rolunu gücləndirməyə kömək edəcək Qara dənizdə dənizaltı kabel layihəsi ilə bağlı xüsusi səylər göstəriləcək”.

Kobaxidze öz proqramında qeyd edir ki, Gürcüstan hökuməti Avropanın enerji təhlükəsizliyini və enerji resurslarının diversifikasiyasını təşviq etmək üçün bütün imkanlardan istifadə edir.

Qeyd edək ki, Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel çəkilməsini nəzərdə tutur. Xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Keçən iyun ayında Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bəyan edib. Kabelin quraşdırılmasının üç-dörd il çəkəcəyi gözlənilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR