İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyosaki: “İqtisadiyyat dünya tarixinin ən böyük köpüyüdür”

1057 27.11.2022 19:28 İqtisadiyyat A A

Məşhur amerikalı investor, “Zəngin ata, kasıb ata” bestsellerinin müəllifi Robert Kiyosaki iqtisadiyyatı dünya tarixinin ən böyük köpüyü adlandırıb.

Musavat.com xəbər verir ki, o, bu barədə fikirlərini “Twitter” səhifəsində paylaşıb.

“Çoxunuz bilirsiniz ki, mən səhmlərə, istiqrazlara investisiya qoymuram. İmkan olsa, kağız aktivlərdən qurtulardım. Dünya iqtisadiyyatı “bazar” deyil, dünya tarixində ən böyük köpükdür. Tanrı hamımızın yardımçısı olsun”, - deyə o qeyd edib.

Kiyosakinin şərhi iqtisadçıların ABŞ-ın tənəzzül astanasında olduğunu proqnozlaşdırdıqları bir vaxta təsadüf edir. “Bank of America” gələn il üçün böyük durğunluq gözlənildiyini açıqlayıb. Kiyosaki hələ keçən ay ABŞ-ın yaxınlaşan iqtisadi çöküşə doğru getdiyi barədə xəbərdarlıq etmişdi. O, tvitində iqtisadi böhran şəraitində investorların öz kapitallarını qızıl, gümüş və bitkoinlə yükləyərək toxunulmaz saxlaya biləcəyini bildirib.

Kiyosaki iqtisadi çöküşlə mübarizə aparmaq üçün müxtəlif gəlir mənbələri yaratmağı məsləhət görür: “Qızıl, gümüş, bitkoin yalnız sərvətinizi qoruya bilər, gəlirinizi deyil. İqtisadiyyat, birjalar, pensiyalar çökəndə və işsizlik artdıqda, əlavə işlər sizə gəlir gətirə bilər. Ehtiyatlı olun, izləmədə qalın”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR