İnsanlara hürriyət, millətlərə istiqlal!

Kisəçilər tərəfdən şantaj olunan prokurora vəzifə verildi – nazirin müşaviri oldu

2096 06.04.2023 23:29 Son xəbər A A

Sabiq prokuror Tariyel Qurbanova yeni vəzifə verilib. Bu barədə onun vəkili Adəm Məmmədov Qafqazinfo-ya məlumat verib.

Vəkil bildirib ki, Tariyel Qurbanov müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunub. Qeyd edək ki, Tariyel Qurbanov daha əvvəl Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub. Baş Prokurorluqda idarə rəisinin müavini kimi çalışıb. Musavat.com xəbər verir ki, Tariyel Qurbanov adı qalmaqallı məhkəmə işinə qarışandan sonra, 2023-cü il yanvarın 16-da prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Belə ki, Tariyel Qurbanov 7 nəfərlik dəstə tərəfindən hamam görüntüləri ilə şantaj olunub. Uzun müddət şantaja məruz qalan prokuror dəstə üzvlərinə görüntülərini yaymamaq müqabilində 100 min manata yaxın pul verib. Sonradan isə şantaj olunması barədə şikayət ərizəsi yazmaq qərarına gəlib. Şantaj işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi baxılıb və 1 ay əvvəl dəstə üzvlərinə hökm oxunub. Xatırladaq ki, Tariyel Qurbanov Bakıxanov qəsəbəsindəki “Hamam Palace” şantaja məruz qaldığını iddia edirdi. İstintaqa Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədova cəlb olunmuşdular. Onlara Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunmuşdu. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər. Hadisə baş verərkən Tariyel Qurbanov Baş Prokurorluqda idarə rəisinin müavini olub.

Dəstə üzvləri barəsində məhkəənin çıxardığı hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR