İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - VİDEO

3894 18.05.2024 21:41 Son xəbər A A

Ermənistanın sərhəddəki Kirants kəndində Azərbaycan ərazisinə düşən hissənin görüntüləri yayılıb.

Videonu Kirants kənd sakini çəkib.

O, Azərbaycan sərhədinin kənd məktəbinə yaxın ərazidən keçdiyini sübut etməyə çalışıb.

Qeyd edək ki, videoda kənd məktəbinin yeni binası əks olunub. Bu isə o deməkdir ki, 1990-92-ci il işğalından sonra ermənilər digər ərazilərdə olduğu kimi, burada da Azərbaycan ərazilərinə girərək, torpaqlarımızda ev, məktəb tikiblər, mağaza açıblar, əkin-biçin işləri aparıblar. Azərbaycan sərhədinin dibində yeni məktəb binası tikib – hələ istifadəyə də verilməyib – sonra delimitasiyadan narazılıq etmək və sərhədin məktəbə yaxınlığından şikayətlənmək yalnız erməni düşüncəsi ola bilər.

Xatırladaq ki, delimitasiya nəticəsində Kirants kəndində iki ev, bir mağaza və bir qaraj binasının Azərbaycan ərazisində tikildiyi bəlli olub. (Axar.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR