İnsanlara hürriyət, millətlərə istiqlal!

Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu

1827 05.03.2024 14:25 Mədəniyyət A A

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub.

Musavat.com APA-ya istinadən bildirir ki, sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib.

Onun sədrliyi təsdiq edilib.

***

13:41

Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub.

Qeyd edək ki, təkcə rejissor Oqtay Mir-Qasım kino ittifaqlarının birləşməsinin əleyhinə olub.

***

Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı konfrans keçirilir.

Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbirdə kino ittifaqlarının birləşməsi rəsmiləşəcək, yeni qurumun nizamnaməsi təsdiqlənəcək, eləcə də sədr və idarə heyəti seçiləcək.

Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR