İnsanlara hürriyət, millətlərə istiqlal!

Kino İttifaqına sədrlik mübarizəsi - Şəfiqə Məmmədova gerimi çəkildi?

900 22.02.2024 17:03 Gündəm A A

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, konfrans 5 mart tarixində keçiriləcək.

“Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, - katib qeyd edib.

qaynarinfo.az

Onun sözlərinə görə, hələlik sədr postuna elan edilən tək namizəd Xalq artisti Rasim Balayevdir: 

“Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər”.

Qeyd edək ki, fəaliyyətdə olan kino ittifaqları ötən ilin iyununda birləşmələri barədə birgə bəyanat yayıblar. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Ötən ilin sonlarında Kino İttifaqına sədrik postu uğrunda mübarizə qızışsa da, sonradan proses səngidi. Məlumdur ki, Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub. Ləğv olunmuş digər qurum, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyinin irəli sürüldüyü deyilirdi.

İddialara görə, Kino Birliyinə İctimai TV-nin keçmiş rəhbəri Cəmil Quliyev  və  “Space” TV-nin keçmiş rəhbəri Vaqif Mustafayevin namizədliyi haqda da danışılırdı.

Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizədliyindən danışıb.

Teleqraf.com-a açıqlamasında o bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı martın 5-ə təyin edilib.

Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə NAMİZƏD OLUB

Xalq artisti sədr postuna onunla birlikdə bir neçə şəxsin namizəd olacağını bildirib: "Mənimlə birlikdə bir neçə nəfərin də namizədliyi irəli sürüləcək. Nəticə səsvermə ilə müəyyənləşəcək".

"Sədr seçilərsənizsə bu sahədə nələri dəyişmək istərdiniz" sualına isə Rasim Balayev "Bundan sonra sədr seçilərəmsə, gələcək planlarımızı quracağıq", - deyə cavab verib.

Bəs Şəfiqə Məmmədova namizəd olmaqdan vaz keçib?

Ayaz Salayev: “Vaxt var idi Rasim Baleyev qorxudan Azərbaycan  Kinomotoqrafçılar İttifaqının sədrliyindən qaçmışdı…” Pravda.az

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında təmsil olunan Əməkdar incəsənət xadimi Ayaz Sallayev bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Şəfiqə Məmmədova bu posta daha ideal namizəddir:

“Hazırda fəaliyyət göstərən ittifaqların heç birinə marağım yoxdur. Bununla belə, yenə də Şəfiqə xanımı dəstəkləyirəm. Bizim çox yaxşı münasibətlərimiz var. Mənə gəlincə, o iclasda iştirak etməyəcəyəm”.

“Mən konfransda iştirak edəcəm və öz təkliflərimi bildirəcəm”.

Bu sözləri isə vaxtilə Xalq artisti Şəfiqə Məmmədovanın qurumunun üzvü olmuş, Xalq artisti Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a açıqlamasında bildirib.

Şeyx Əbdül Mahmudov: “Rasim Balayev, gəlin birləşək, birlikdə fikirləşək” 

“Bu mənim təşəbbüsüm olub ki, ölkədə dövlətdən maliyyələşən yalnız bir kino ittifaqı olmalıdır. Amma eyni adda iki kino ittifaqı var və dövlət tərəfindən hər ay maliyyələşirlər. Dövlət bu günə qədər hara baxırdı, onu anlaya bilmirəm. 

Konfransda iştirak edəcəm, gedib həm Rasim Balayev, həm də Şəfiqə Məmmədova ilə görüşəcəm, salamlaşacam. 

Şəfiqə Məmmədova seçki ilə bağlı suala belə reaksiya verdi

O ki qaldı kimin sədr seçiləcəyinə, bu heç kəsin istəyi ilə deyil. Konfransda, hansı ki, əvvəllər qurultay idi, səsvermə keçiriləcək və yeni sədr səsvermə yolu ilə seçiləcək. 

Daha bir məsələ, kinoya aid nə varsa hamısı rejissorun adı ilə bağlıdır. Yəni, kino deyiləndə ilk düşünülən rejissor olur. Zaman-zaman da həmişə kino ittifaqının sədri rejissor olub. Bu məsələdə artistin heç bir yeri, təsiri yoxdur. Artist sadəcə kinoda çəkilir, o kino istehsalatını, onun işini bilmir. 

Üstəlik 70-80 yaşlı adamlar kinonu bu ağır vəziyyətində hansı işləri görə biləcəklər, necə işləyəcəklər, quruma necə rəhbərlik edəcəklər? Biz kinomuzu ölü nöqtədən götürməli, diriltməliyik. 

Kinonun hesabına şan-şöhrət qazananlar, məşhurlaşanlar indi kinonun adından alver edir, kinoya meydan oxuyurlar. Kino tamamilə dağılıb gedib, bunlar isə “mən sədr olacam” deyib ortaya düşüb, vəzifə haqqında, ayda dövlətdən pul almaq, yan yörəsinə də qohum-əqrəbasını yığıb, ayda onlara 500-600 manat maaş vermək haqqında düşünürlər. Belə sənətkarlıq olmur. 

Cəmil Quliyev: Mən Rüstəm İbrahimbəyova daş atmıram, əksinə o, top vurub  Kinematoqrafçılar İttifaqını parçaladı

“Quruma sədr kimi Cəmil Quliyev  yoxsa Vaqif Mustafayevi görmək istərdiniz?” sualımıza isə Xalq artisti bu cür cavab verdi:

“Həm Cəmil Quliyev, həm də Vaqif Mustafayev çox yaxşı kino adamları, rejissorlardır, ikisinin də buna haqqı var və ikisi barədə konfransda müzakirə aparacağıq. Amma bir daha qeyd edirəm ki, artist quruma sədr ola bilməz, artistdən sədr olmur, onlar kino istehsalatını bilmir”. 

Xalidə Gəray
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR