İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen qadın hamamına getdi – videosu yayıldı və dünya güldü VİDEO

2710 23.01.2026 02:46 Dünya A A

Musavat.com xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ölkədə fəaliyyət göstərən ictimai hamamların işini şəxsən “yoxlamaq” qərarına gəlib.

Sosial şəbəkələrdə yayılan (Aznyus.az səhifəsi) və Musavat.com-un oxucularına təqdim etdiyi videoda Şimali Koreya liderinin olduqca “orijinal” nəzarət üsulu diqqət çəkir. Kadrlarda Kim Çen In qalın qış gödəkçəsində hamama daxil olur, əvvəlcə kişilərin istifadə etdiyi çimərlik və çakkuzilərə yaxınlaşır, suya əlini salır, daha sonra isə qadınların olduğu hamam bölməsində “təftişi” davam etdirir.

 

Videonun ən diqqətçəkən tərəfi ondan ibarətdir ki, Şimali Koreya lideri hamam mühitinə uyğun olmayan rəsmi geyimdə, sanki hərbi obyekt yoxlayırmış kimi hərəkət edir. Gödəkçəli lider, çimən insanlar və bu mənzərənin fonunda rəsmi müşayiət – bütün bunlar birlikdə sosial şəbəkələrdə geniş gülüş və istehza doğurub.

Qeyd edək ki, video dünya ictimaiyyətində ironik və gülməli reaksiyalarla qarşılanıb. Lakin Şimali Koreyada bu cür görüntülərə gülmək, yaxud onları tənqid etmək mümkün deyil. Ölkədə liderlə bağlı yayılan istənilən kadr “tarixi və müdrik addım” kimi təqdim olunur və vətəndaşlar üçün gülüş mövzusu sayılmır.

Beləliklə, bir ölkənin lideri üçün “hamam yoxlaması” adi hadisə ola bilər, amma dünyanın qalan hissəsi üçün bu görüntülər artıq çoxdan internet folkloruna çevrilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR