İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəsilmiş əl barmağının yerinə ayaq barmağı tikildi - VİDEO

1195 29.12.2022 18:12 Hadisə A A

Türkiyədə əl barmağı kəsilən kişinin əlinə ayaq barmağı tikilib.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, hadisə Konya şəhərində baş verib.

Belə ki Yunus Kona adlı usta il yarım əvvəl işlədiyi tikintidə qəza nəticəsində sağ əlinin baş barmağını itirib.

Həkimlər ona sol ayağının orta barmağını əlinə tikməyi təklif edib. Bununla razılaşan Kona əməliyyata alınıb. Konanın sol orta barmağı kəsilərək əlinə tikilib.

"Zarafat etdiklərini düşündüm və güldüm. Əməliyyatdan çıxanda, həqiqətən də, ayaq barmağımın ora tikilmiş olduğunu gördüm. İndi çay içə və yazı yaza bilərəm. İndi əşyalar da tuta bilirəm", - deyə Yunus Kona bildirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR