İnsanlara hürriyət, millətlərə istiqlal!

Kennedi ailəsinin varisi ABŞ-da prezident seçkilərində iştirak üçün müraciət edib

538 06.04.2023 10:37 Son xəbər A A

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 2024-cü il prezident seçkilərində iştirak etmək üçün müraciət edib.

CNN telekanalına istinadla xəbər verir ki, o, Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün Federal Seçki Komissiyasına sənədlərini təqdim edib.

Kennedi demokratların prezidentliyə qeydə alınmış ikinci namizədidir. Ağ Evin hazırkı rəhbəri Cozef Bayden isə hələlik prezident seçkilərində iştirakını rəsmən açıqlamayıb (Azərtac).

II Robert Kennedi (Frensis) ABŞ prezidenti Con Kennedinin vaxtında ölkəsinin ədliyyə naziri və baş prokuroru olmuş, 1968-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürdükdən bir az sonra ərəb əsilili Sərxan Sərxan tərəfindən güllələnmiş Robert Kennedinin oğludur. O, 1954-cü ildə doğulub, ixtisasca vəkildir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR