İnsanlara hürriyət, millətlərə istiqlal!

Kennedi AĞ Evi Rusiya ilə dərhal danışıqlara başlamağa çağırıb

606 20.06.2024 13:43 Dünya A A

 

ABŞ-də prezidentliyə namizəd Robert Kennedi Ağ Evi Ukrayna məsələsində Rusiya ilə dərhal danışıqlara başlamağa çağırıb.

Musavat.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. Kennedi Vaşinqtonun mümkün nəticələrin ciddiliyini başa düşməli olduğunu vurğulayıb. R.Kennedi hesab edir ki, Moskva ilə münaqişə üçüncü dünya müharibəsinin başlanmasına və bütün planet üçün təhlükəyə səbəb ola bilər.

“Rusiya prezidenti də bu risklərdən xəbərdardır və əvvəllər dialoqun tərəfdarı olub. Mən indi masa arxasında ABŞ, Rusiya və Ukrayna ilə real sülh danışıqlarına çağırıram. Putin bunu istəyirdi. Biz də bunu istəməliyik”,-deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna üçün növbəti real sülh təklifini irəli sürüb.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR